Zəngilan rayonu ərazisində Oxçuçayın üzərində yerləşən "Sarıqışlaq" kiçik su elektrik stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək 46,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Bildirilir ki, 2024-cü il oktyabrın 3-də Oxçuçayın üzərində derivasiya tipli, ümumi gücü 10,5 MVt olan "Sarıqışlaq" KSES-in açılışı olub. "Kiçik su elektrik stansiyaları elektrik enerjisinin bərpaolunan enerji mənbələri hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir", - Energetika Nazirliyi qeyd edir.