Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Kubalı peşəkar voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib
Aqrar Xidmətlər Agentliyində “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib
Sumqayıtda sakinlərin müraciətləri dinlənildi, bir sıra məsələlər yerindəcə həll olundu
Vəkillər Kollegiyasının sədri Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış edib