07 oktyabr 2026 12:22
116

Kimyaçı alimlər metal-polimer katalizatorların dizaynında süniintellekt yanaşmalarını araşdırıblar

 

 

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşlarının məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “TətbiqiPolimer Elmləri” (Journal of Applied Polymer Science) jurnalında dərc olunub. “Polimerlə Dəstəklənən Metal Katalizatorların Süni İntellektin Rəhbərliyi ilə Dizaynı: Proqnozlaşdırıcı Maşın Öyrənməsindən Bayes Optimizasiyasına” (AI-Guided Design of Polymer-Supported Metal Catalysts: From Predictive Machine Learning to Bayesian Optimization) adlı məqalənin dərc olunduğu jurnalın impaktfaktoru 3,1, kvartili isə Q2-dir.

Məqalədə metal-polimer katalizatorların layihələndirilməsi vəoptimallaşdırılması prosesində süni intellektin roluqiymətləndirilir. Tədqiqatda əsas diqqət proqnozlaşdırıcı maşınöyrənməsi yanaşmalarından Bayes optimallaşdırmasına keçidəyönəldilir.

Məqalədə polimer materialların xüsusiyyətlərininproqnozlaşdırılması üçün tətbiq oluna bilən modelləşdirməyanaşmaları, eləcə də fiziki qanunauyğunluqları nəzərə alanneyron şəbəkələri nəzərdən keçirilir. Bununla yanaşı, müxtəlifmetodları birləşdirən hibrid yanaşmalar təqdim olunur.

Tədqiqatda sahə üzrə mövcud əsas problemlər və gələcəkinkişaf perspektivləri də müzakirə edilir. Sonda metal-polimerkatalizatorların daha səmərəli layihələndirilməsi vəoptimallaşdırılması məqsədilə potensial iş axını təklif olunur.

Məqalə süni intellekt və qabaqcıl hesablama metodlarınınkatalizatorların hazırlanması prosesinə inteqrasiyasınınimkanlarını nümayiş etdirir və bu istiqamətdə gələcəktədqiqatlar üçün perspektivli yanaşmalar təqdim edir.