ABŞ-nin "German Marşal Fondunun" Azərbaycan üzrə məsləhətçisi, QHT işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətə şərti cəza verilib.
“İki sahil” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Prosesdə həmçinin dövlət ittihamçısı da çıxış edib. O, M.Rəhimliyə 5 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilməsini istəyib.
Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi" ilə bağlı başladılan cinayət işi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Rəhimli barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. (Report)
Kimyaçı alimlər metal-polimer katalizatorların dizaynında süniintellekt yanaşmalarını araşdırıblar
Havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib - VİDEO
Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır