07 oktyabr 2026 13:58
123

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib

“İki sahil” xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib.