02 oktyabr 2026 20:00
84

Azərkosmos “SSGS Awards 2026”nın “Operator of the Year” (“İlin operatoru”) mükafatına layiq görülüb

AZCON Holding şirkətlərindən olan Azərkosmos Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "SSGS 2026" (“Bridging Space and Earth: Advancing Ground Segment”) konfrans və sərgisində iştirak edib.

Tədbir çərçivəsində Azərkosmos “SSGS Awards 2026”nın “Operator of the Year” (“İlin operatoru”) mükafatına layiq görülüb.

Azərkosmos bu mükafata müştərilərinə etibarlı və fasiləsiz xidmət göstərdiyinə, eyni zamanda onların ehtiyaclarına uyğun səmərəli həllər təqdim etdiyinə görə layiq görülüb.