12 oktyabr 2026 16:29
128

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026/2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Prezident təqaüdünə layiq görülən gənclərdən 15-i Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

Onların siyahısını təqdim edirik:

Ayan Musayeva
Zeynəb Quliyeva
Aişə Qasımova
Ayan Babazadə
Leyla Əhmədli
Elvin Əfəndiyev
Mətin Mehdiyev
Selcan Əliyeva
Ayxan Babazadə
Gülsüm İsmayılova
Aydan Rəcəbova
Sitarə Hüseynova
Mələk Məşədiyeva
Zeynəb Həşimova
Firanə Şahverdiyeva

Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!