Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiya Respublika Qan Bankı ilə birgə təşkil edilib. Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.
Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.
ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub
YAP Ağdaş rayon təşkilatında VIII Qurultayın nəticələrinə həsr olunan görüşlər keçirilir