"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu gün İraq Federal Dürüstlük Komissiyasının Sədri Dr. Məhəmməd Əli Əl-Lami ilə səmərəli görüşümüz olub. Görüşdə İƏT-in Bakı iclasında iştirak, anti-korrupsiya sahəsində əməkdaşlıq və "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanlarını müzakirə etdik", - o yazıb.