17 oktyabr 2026 12:47
115

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, hadisə ötən gün baş verib. Ekipajın bütün üzvləri təxliyə ediliblər.

Qeyd olunub ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi nəticələr qeydə alınmayıb.

Mərminin mənşəyi və hücumun şəraiti barədə hələ ki məlumat verilmir.