17 oktyabr 2026 14:12
169

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi başa çatıb.

Müdafiə Nazirliyindən “İki sahil”ə bildirilib ki, təlimin gedişini Nazirliyin yüksəkrütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib.

Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.

Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib.

Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.

Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.