20 oktyabr 2026 12:16
110

ARDNF investisiya portfelində istiqrazların payını azaldıb

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 33,9 % təşkil edib.

Bu barədə "İki sahil" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 0,8 faiz bəndi azdır.

Hesabat dövründə Fondun investisiya portfelində səhmlərin payı isə 1,2 faiz bəndi artaraq 27 % olub.

Portfeldə qızılın payı 32,8 %-dən 32,3 %-ə düşüb, daşınmaz əmlakın payı isə 0,1 faiz bəndi artaraq 6,8 %-ə çatıb.