Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelində "AAA" reytinqli aktivlərin payı 26,7 % səviyyəsində qeydə alınıb.
Bu barədə "İki sahil" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin oktyabarın 1-nə nisbətən 1,8 faiz bəndi yüksəkdir.
Bununla yanaşı, portfeldə "AA" reytinqli alətlərin xüsusi çəkisi 36,7 %-dən 36,3 %-ə geriləyib, "A" reytinqli alətlərin xüsusi çəkisi isə 24,1 %-dən 24,5 %-ə çatıb.
"BBB" reytinqli alətlərin payı 13,6 %-dən 11,7%-ə enib, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,7 %-dən 0,8 %-ə qalxıb.
Bu il oktyabrın 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 74 milyard 3 milyonABŞ dolları təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.