20 oktyabr 2026 11:14
117

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar. 

Bankın rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, o cümlədən süni intellekt həllərindən istifadə sahəsində qabaqcıl təcrübəsi xarici şirkət rəhbərlərində böyük maraq doğurub. 

Görüş zamanı qonaqlara ABB-nin inkişaf strategiyası, rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələr, müasir texnologiyaların bank xidmətlərinə inteqrasiyası, müxtəlif sahələrdə istifadə edilən süni intellekt modelləri barədə ətraflı məlumat verilib. 

Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə reallaşdırdığı innovativ təşəbbüslər diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Görüşdə, həmçinin maliyyə sektorunda yeni texnoloji trendlər, müasir çağırışlarla bağlı fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspktivləri nəzərdən keçirilib.

Səfər beynəlxalq texnologiya ictimaiyyətinin ABB-nin rəqəmsal inkişaf təcrübəsinə marağını nümayiş etdirməklə yanaşı, innovasiya və texnologiyalar sahəsində qarşılıqlı təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olub.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.