22 oktyabr 2026 01:18
118

Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Səfir Esmira Cəfərova Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Akoş Kozma ilə səfirlikdə nəzakət görüşü keçirib", - paylaşımda bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın qorunub saxlanılması, inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.