23 oktyabr 2026 10:46
137

Fransada etirazların qarşısının alınmasın kursantlar da cəlb olunacaq

Fransa Milli Polisinin rəhbərliyi bir sıra şəhərlərdə nümayişlərin keçirilməsinə tətbiq olunan qadağalara baxmayaraq, oktyabrın 24-də gözlənilən yeni kütləvi aksiyalarla bağlı təhlükəsizlik tədbirlərini gücləndirmək üçün polis məktəblərinin kursantlarını cəlb etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Milli Polisin Baş İdarəsi sıravi heyət hazırlayan tədris müəssisələrinə müraciət edərək təhsilini yekunlaşdıran kursantların fəaliyyətdə olan hüquq-mühafizə əməkdaşlarına köməyə göndərilməsini təklif edib. Artıq bir neçə tətbiqçi könüllü olaraq buna razılıq verib.

BFMTV qeyd edir ki, 2022-ci ildən qanunla qadağan edildiyi üçün kursantlar birbaşa ictimai asayişin qorunmasına cəlb olunmayacaqlar. Bunun əvəzinə, daha təcrübəli əməkdaşları etirazların keçirildiyi ərazilərdə tapşırıqları yerinə yetirməyə azad etmək məqsədilə kursantlara binaların mühafizəsi və komissarlıqlarda inzibati işlər tapşırılacaq.

Telekanal xatırladır ki, analoji təcrübə daha əvvəl Parisdə keçirilən Olimpiya Oyunları və koronavirus pandemiyası dövründə də tətbiq olunub.