Avropa İttifaqı Rusiya ilə dialoq üçün əlaqə kanalını açıq saxlayır. Bu iddia ilə Avropa Şurasının sədri Antoniu Koşta çıxış edib.
“İki sahil” xəbər verir ki, Koşta bu barədə "Rapporteur" portalına müsahibəsində bildirib.
"Kanal açıqdır", — deyə Koşta bildirib və Rusiyanın bu kanal vasitəsilə təmas saxlamaq imkanından xəbərdar olduğunu iddia edib.
Portal qeyd edib ki, söhbət Avropa Şurası sədrinin aparat rəhbəri Pedro Lorti ilə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov arasında baş tutan bir sıra telefon danışıqlarından gedir. Beş dəqiqə yarım davam edən həmin dialoq xüsusi hərbi əməliyyatın başlanmasından bəri Brüsselin ilk birbaşa təması olub.
Mask "Starlink" qərarını Trampın yaxın ətrafı ilə məsləhətləşərək verib - İDDİA