23 oktyabr 2026 16:42
116

Cəlilabadda magistral yolun yaxınlığında yanğın baş verib

Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığındakı açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.