23 oktyabr 2026 17:12
136

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri LDU-da görüş keçirib

Oktyabrın 22-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimovla Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov arasında görüş keçirilib.

Hazırda Lənkəran Dövlət Universiteti Təhsil Tələbə Krediti Fondundan ən çox faydalanan ali təhsil müəssisələrindən biridir. Görüş zamanı təhsil tələbə kreditlərinin rəsmiləşdirilməsi prosesində mümkün problemlərə və birgə əməkdaşlığa xidmət edən digər məsələlərə toxunulub.

Görüşdən sonra LDU-nun tələbələri və pedaqoji heyəti üçün məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada Fondun Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Məhəmmədəli Abdin tərəfindən sosial və standart təhsil tələbə kreditlərindən yararlanma şərtləri, müraciət və rəsmiləşdirmə mərhələləri, eləcə də elektron portaldan istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Həmçinin kreditlərin geri qaytarılması şərtləri və tələbələrin akademik göstəricilərinə uyğun tətbiq olunan güzəştlər izah edilib.

İnteraktiv formatda keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.