23 oktyabr 2026 22:32
146

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib.

“İki sahil” xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Bakıdakı tarixi Atəşgah od məbədini ziyarət etdim. Bu, xalqlarımız arasındakı tarixi və mədəni əlaqələrin simvoludur", - o, paylaşımda bildirib.