24 oktyabr 2026 09:32
107

Dörd ölkə Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırıb

Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri Hörmüz boğazında gəmiçiliyin dərhal və tam bərpa olunmasına çağırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlərin İstanbulda keçirilən dördtərəfli görüşdən sonra yaydıqları birgə bəyanatda bildirilib.

Bəyanatda mülki gəmiçiliyə tətbiq olunan məhdudiyyətlərə qarşı çıxıldığı və gəmilərin Hörmüz boğazından təhlükəsiz, maneəsiz keçidinin bərpasının vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin İranla İsrail və ABŞ arasındakı münaqişənin diplomatik yollarla, İslamabad Anlaşma Memorandumuna uyğun həllinə çağırıblar. Onlar mülki şəxslərə və infrastruktura, o cümlədən dəniz gəmilərinə hücumların qarşısının alınmasının və regionda gərginliyin artmasına yol verilməməsinin vacibliyini qeyd ediblər.