24 oktyabr 2026 14:02
124

Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 159 221 turist səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən (141 795 nəfər) 12,3 % çoxdur.

Bu barədə “İki sahil”ə Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Qazaxıstandan gələn turistlərin sayı 72 773 (bir il ərzində 5 % artım), Özbəkistandan 50 253 (+33,2 %), Türkmənistandan 20 389 (-4,8 %), Qırğızıstandan 7 948 (+12,1 %), Tacikistandan isə 7 858 nəfər (+26,1 %) təşkil edib.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin avqust ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan 7-ci (10 696 nəfər), Özbəkistan isə 9-cu (7 865) yerdə qərarlaşıb.

Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 8 % (1,72 milyon) azdır.

2025-ci ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 21,72 % artaraq 219 747 nəfərə çatıb: Qazaxıstandan 103 613 (+20,06 %), Özbəkistandan 62 308 (+34,3 %), Türkmənistandan 32 414 (-1,84 % ), Qırğızıstandan 11 651 (+33,69 %), Tacikistandan isə 9 761 nəfər (+60,2 %) gəlib.

Bütövlükdə 2017-2025-ci illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana 948 min nəfər (Qazaxıstandan 437 036, Özbəkistandan 246 613, Türkmənistandan 212 645, Qırğızıstandan 43 657, Tacikistandan 36 002 nəfər) səfər edib.