24 oktyabr 2026 14:44
116

Agentlikdə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlim keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib.

“İki sahil” xəbər verir ki, təlimdə AAYDA-nın mərkəzi aparatı və tabeli qurumlarının əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində iş yerlərində təhlükəsizlik, risklərin idarə olunması, yanğın təhlükəsizliyi və ilkin yardım qaydaları barədə məlumat verilib.

Təlimin keçirilməsində məqsəd əməkdaşların bilik və bacarıqlarını artırmaq, əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətini gücləndirməkdir.