25 oktyabr 2026 23:32
161

Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir

ABŞ Prezidenti Donald Tramp Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivləri üzrə və Alyaskada təbii qaz hasilatı sahəsində Rusiya ilə əməkdaşlığa dair sövdələşmələrin gec-tez bağlanacağına əminliyini ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri Miçiqan ştatına yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

Müvafiq sazişlərin bağlanması perspektivləri ilə bağlı sualı cavablandıran Tramp deyib: "Bu sövdələşmələr bu və ya digər vaxtda bağlanacaq".

"Biz neft hasilatı sənayesinin çoxdan nizama salınmalı olan vəziyyətin əsiri olaraq qalmasına yol verməyəcəyik. Açığını desək, bu münaqişə ümumiyyətlə başlamamalı idi", - ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutaraq vurğulayıb.

"Bu müharibəni nizama salmaq lazımdır", - o əlavə edib.