27 oktyabr 2026 09:53
98

Azərbaycan kubokunda 2-ci mərhələ başlayır

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi başlayacaq.

“İki sahil” xəbər verir ki, ilk günə 5 matç nəzərdə tutulub. "Araz-Naxçıvan" "Şimal"ın, "Zaqatala" "Marafon"un, "Sumqayıt" "Kür-Araz"ın qonağı olacaq.

"Qəbələ" "Mingəçevir"i qəbul edəcək. "Zirə" isə səfərdə "Səbail"lə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 1 matçdan ibarətdir.

27 oktyabr (çərşənbə axşamı)

14:00. “Şimal” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev
Şamaxı şəhər stadionu

14:00. “Marafon” – “Zaqatala” 
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov
“Marafon Arena”

17:00. “Kür-Araz” – “Sumqayıt” 
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev
“SOCAR Polymer Arena”

17:00. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov
Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev
“Bank Respublika Arena"

28 oktyabr (çərşənbə)

14:00. “İmişli” – “Qaradağ Lökbatan” 

14:00. MOİK – “Şahdağ Qusar”

14:00. “Hypers” – “Şamaxı”

16:00. “Şəfa” – “Ağstafa Gəncləri” 

19:00. “Kəpəz” – “Baku Sportinq”

29 oktyabr (cümə axşamı)

14:00. “Xankəndi” – “Gəncəbasar”

14:00. “Zəngəzur” – “Karvan Yevlax”