27 oktyabr 2026 10:07
113

"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək

Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələcək.

Holte şəhərində təşkil olunacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.