28 oktyabr 2026 12:04
129

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması...

Azərbaycanda 2027-2028-ci illərdə bərpaolunan enerji mənbələri hesabına əlavə 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması nəzərdə tutulur. 2030-cu ilədək bu sahədə qoyuluş gücünün artırılması və bərpaolunan enerjinin ümumi elektrik enerjisi istehsal gücündəki payının 34 faizə çatdırılması hədəflənir.

“İki sahil” xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

Nazir müavini bildirib ki, 2027–2028-ci illərədək əlavə 2 giqavat gücün yaradılması prosesi artıq başlayıb.

“Növbəti mərhələlərdə də külək və Günəş enerjisi üzrə yeni güclərin istifadəyə verilməsi nəzərdə tutulur. Hədəfimiz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payını 34 faizə çatdırmaqdır. Azərbaycan ənənəvi enerji sahəsində əldə etdiyi mövqeyi bərpaolunan enerji sektorunda da möhkəmləndirməyə çalışır. Bərpaolunan enerji layihələri ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradır. Təxminən 2 giqavat yeni qoyuluş gücünün yaradılması ölkəyə 2 milyard dollar civarında investisiyanın cəlb olunması deməkdir”, - deə nazir müavini əlavə edib.