29 oktyabr 2026 08:50
106

Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib

Braziliyada prezidentliyə keçmiş namizəd Flaviu Bolsonaro özünü seçkilərin qalibi hesab etdiyini və xaricdən siyasi mübarizəni davam etdirəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşdığı müraciətində seçkilərin “saxtalaşdırıldığını” iddia edərək beynəlxalq ictimaiyyəti ölkədə baş verənlərə laqeyd qalmamağa çağırıb.

Flaviu Bolsonaro Braziliya azad ölkəyə çevrilənədək siyasi mübarizəsini davam etdirəcəyini vurğulayıb. O, ABŞ-yə getməsini Şarl de Qoll və Xose Marti kimi tarixi şəxsiyyətlərin taleyi ilə müqayisə edib.

“Efe” agentliyinin məlumatına görə, Bolsonaro seçkilərin ədalətsiz keçirildiyinə dair heç bir sübut təqdim etməyib. Braziliyanın bütün siyasi partiyaları, o cümlədən onun namizədliyini irəli sürən Liberal Partiya səsvermənin nəticələrini tanıyıb.

Qeyd edək ki, bazar günü keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva yenidən prezident seçilib. Flaviu Bolsonaro məğlubiyyətini qəbul etməyərək ABŞ-yə gedib.