29 oktyabr 2026 09:29
84

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məqsədilə təşkil edilib.

İclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.