Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin gündəlik kreditlər üzrə izafi borclanmasının qarşısını almaq məqsədilə son 3 ildə bu sahədə tələbləri mərhələli şəkildə sərtləşdirib.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
“Mərkəzi Bank hər il, xüsusilə ilin ikinci yarısında gündəlik kreditlərlə bağlı əlavə sərtləşdirici tədbirlər tətbiq edir. Bu il də gündəlik kreditlər üzrə sərtləşmənin davam etdirilməsi nəzərdə tutulur”, - deyə T.Kazımov qeyd edib.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib