30 oktyabr 2026 12:40
183

Ermənistanda katolikosun işi üzrə özünə imtina verən hakimlə bağlı intizam icraatı başladılıb

Ermənistan Ədliyyə Nazirliyi bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Dini Şuranın üzvü olan yepiskopların işi üzrə özünə imtina verən Armavir vilayətinin ümumi yurisdiksiya birinci instansiya məhkəməsinin hakimi Hakob Manukyana qarşı intizam icraatına başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Yüksək Məhkəmə Şurasının (YMŞ) saytında məlumat verilib.

"Səlahiyyətli orqanın 21 avqust 2026-cı il tarixli 102-A nömrəli qərarı ilə Armavir vilayətinin ümumi yurisdiksiya birinci instansiya məhkəməsinin hakimi Hakob Manukyana qarşı intizam işi qaldırılıb", — deyə qərarda bildirilir.

Qeyd olunur ki, oktyabrın 14-də səlahiyyətli orqan Ermənistan Ədliyyə Nazirliyinin Yüksək Məhkəmə Şurasına hakim Manukyan barəsində intizam tənbehinin tətbiq edilməsi xahişi ilə verdiyi ərizə üzrə qərar qəbul edib.

Əlavə edilir ki, vəsatətə baxılması noyabrın 16-na təyin olunub.

Ekspertlərin fikrincə, icraat məhz katolikos və yepiskopların işi üzrə hakimin özünə imtina etməsi haqqında ərizəsi ilə bağlıdır.