30 oktyabr 2026 12:52
187

Avropa Mərkəzi Bankının rəhbəri postuna əsas namizədlər açıqlanıb

İspaniya Bankı və Niderland Bankının keçmiş rəhbərləri Pablo Ernandes de Kos və Klaas Knot Avropa Mərkəzi Bankının (AMB) sədri vəzifəsinə əsas namizədlər hesab olunurlar.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşrinin Avropa bürosu məlumat verib.

Nəşrin məlumatına görə, səlahiyyət müddəti başa çatmadan istefa vermək qərarını elan edən AMB-nin hazırkı sədri Kristin Laqardın xələfinin müəyyənləşdirilməsi üzrə müzakirələr Aİ-nin noyabrın 26–27-də keçiriləcək növbədənkənar sammitində başlayacaq.

Görüşdə birlik nümayəndələri, həmçinin Ukraynanın maliyyələşdirilməsini və 2028–2034-cü illər üçün yeni büdcə planını müzakirə edəcəklər. "Politico"nun qiymətləndirməsinə görə, AMB-də rəhbər vəzifə uğrunda mübarizə birliyin büdcəsi ətrafında aparılan daha genişmiqyaslı danışıqlarla əlaqələndirilə bilər.