01 noyabr 2026 19:43
110

“Bavariya”nın futbolçuları sıradan çıxdı

“Bavariya”nın yarımmüdafiəçisi İsmail Saybari və hücumçusu Serj Qnabri bir müddət komandaya kömək edə bilməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Münhen klubu məlumat yayıb. Futbolçular Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə etdikləri Bundesliqa matçında zədələniblər.

Saybarinin sağ topuq nahiyəsində bağ qopması aşkarlanıb. Mərakeşli futbolçu artıq uğurlu əməliyyat keçirib. Qnabri isə sol budunun arxa əzələsindən zədə alıb.

Klub futbolçuların yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı açıqlamayıb.

Qeyd edək ki, “Bavariya” 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Dortmund “Borussiya”sı ikinci, 16 xalı olan “Frayburq” isə üçüncü pillədə qərarlaşıb.