Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına bir aylıq müddətə sədrlik etməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilib ki, noyabr ayı ərzində Latviya BMT Təhlükəsizlik Şurasının bütün rəsmi və qeyri-rəsmi iclaslarına sədrlik edəcək.
Latviyanın BMT-dəki səfiri Sanita Pavlyuta-Deslandes vurğulayıb ki, ölkənin xarici siyasət qurumunun əsas vəzifəsi respublikanın təhlükəsizliyini gücləndirməkdir və BMT Təhlükəsizlik Şurası bu məqsədə nail olmaq üçün vasitədir.
"Reuters": Tramp demokratların qələbəsi halında Konqresdən yan keçərək ABŞ-ni idarə etməyə hazırlaşır
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb