Almaniya kansleri Fridrix Merts ötən həftəsonu AFR-in bir neçə şəhərində baş verən kütləvi iğtişaşlardan sonra zorakılığın istənilən təzahürünün sərt şəkildə qarşısının alınmasını tələb edib.
“İki sahil” xəbər verir ki, onun Xristian-Demokrat İttifaqı partiyasının dairə şöbələri rəhbərlərinin konfrans iştirakçılarına müraciətindən çıxarışları DPA agentliyi yayıb.
"Küçələrimizdə zorakılığa yer yoxdur və mənim hökumətim bu məsələdə heç bir dözümlülük nümayiş etdirməyəcək. Polis əməkdaşlarına, xilasedicilərə hücum edən və mağazaları qarət edən şəxslər bizim azadlığımıza qəsd edir, cəmiyyətə və gənclərin qanuni maraqlarına rişxənd edirlər. Hüquq pozucuları qanunun bütün sərtliyini öz üzərilərində hiss edəcəklər", — deyə Merts vurğulayıb.
Bununla yanaşı, AFR Kansleri nümayiş etdirdikləri nümunəvi fəaliyyətə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi təşəkkürünü bildirib və qeyd edib ki, gənclərin mütləq əksəriyyəti nümayişlərdə dinc şəkildə iştirak edib: "Gənc nəsil siyasi baxımdan fəaldır və öz gələcəyindən narahatdır".
Eyni zamanda Merts problemlərin, xüsusən də mənzil sahəsindəki çətinliklərin mövcudluğunu, həmçinin federal torpaqların təhsilə daha çox sərmayə qoya bilməsi üçün büdcələrin yükünü azaltmağın zəruriliyini etiraf edib. Onun sözlərinə görə, bu məsələlər hökumətin gündəliyində prioritet olaraq qalır.
Avropanın yeni müdafiə layihəsi: Britaniya və Almaniya yeni raket üzərində işləyəcək
Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb