30-31 oktyabr tarixləri ölkəmizin elm və tədris prosesləri ilə bağlı olan tədbirlərində olduqca əlamətdar gün kimi yadda qalacaq. Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə reallaşan, özündə çoxsaylı gəncləri, doktorant və tədqiqatçıları birləşdirən, bununla da yeni keyfiyyət mərhələsinin əsaslarını özündə əks etdirən NASCO-29 həm də yeni yanaşmaların ortaya qoyulmasına təminat yaratmış oldu. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbir bu gündən gələcəyə istiqamət alan olduqca mühüm platforma oldu.
Diqqət etdikdə aydın olur ki, bütövlükdə 1627 məruzənin daxil olduğu, 1028-nin isə qəbul olunduğu bu möhtəşəm tədbir əhatəsinə və coğrafiyasına görə də böyük auditoriya şəbəkəsinə yayılmaqdadır. Belə ki, Böyük Britaniyada, Almaniyada, Serbiyada, Rusiyada, Türkiyədə, Belçikada geniş elmi və pedaqoji təsirə malik olan NASCO-29 dünya gənclərinin fikir, düşüncə, yanaşma, araşdırma, təhlil, nəticə, təklif, yenilik mərkəzinə çevrildi. Bunun müəllifi isə Naxçıvan Dövlət Universiteti oldu. Burada, bütün iştirakçılar üçün səmərəli şərait yaradılmışdı. Beləliklə də 370 iştirakçının əyani, 658 –nin isə onlayn şəkildə olmaqla iştirak etdiyi bu tədbirdə Naxıvan Dövlət Universitetinin regional, milli və beynəlxalq mahiyyətli elmi araşdırmalara yaratmış olduğu şərait olduqca aktuallığına görə seçilmiş oldu.
NASCO-29 bir sıra yüksək milli, mənəvi dəyərlərin cəminə görə də olduqca mühüm əhəmiyyətə malik olacaq. Hər şeydər əvvəl Azərbaycan Respublikasının elm və təhsil sahəsində mühüm təsirə, inkişaf göstəricilərinə, uzunmüddətli tədqiqat və ixtisaslaşma perspektivlərinə, eyni zamanda, milli təhsilimizin inkişafına verdiyi töhfələrə görə güclü nüfuza malik olan universitetlərin rektorları, nümayəndə heyətləri və məruzələri ilə yaxından tanış olmaq imkanları əldə etmiş olduq. Eyni zamanda, belə bir mühitdə NASCO-29 “Şəhərsalma və memarlıq İli”nə həsr edilən olduqca mühüm və aktual mövzular üzrə müzakirələri özünün əhatə dairəsinə daxil etmişdi. Təsadüfi deyildir ki, konfransın elmi mahiyyətini də elə məhz ölkənin müasir və strateji inkişaf prioritetləri ilə əlaqələndirmək səmərəli olar. Bu çərçivədə isə fikrimizcə, bir sıra mövzular xüsusi aktuallıq kəsb etdi ki, onları da son dərəcə zəruri qəbul etmək olar. Bunlar da ölkəmizin milli iqtisadiyyatı üçün olduqca aktual heab oluna bilər.
Bu mühüm tədbir ölkənin bir çox ali məktəblərinin, elmi-tədqiqat müəssisələrinin, pedaqoji sahələr üzrə strukturlarının ortaq fəaliyyət, işbirliyi və mobillik imkanlarının daha da məhsuldar təşəkkülü müstəvisində çox keyfiyyətli oldu. Tədbirdə iştirak edən ali məktəblərin rəhbərlikləri başçılıq etdikləri nümayəndə heyətləri ilə Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu çoxsaylı təşəbbüslərin dəstəkçisi olaraq da mühüm fəaliyyət ortaya qoymuş oldular.
Məhz Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən NASCO-29 doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının qürurverici mənzərələrindən birini universitetlərin rektorlarının iştirakı təşkil edəcək. Bu gün də, sabah da, gələcəkdə də belə olacaq.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında açılış mərasimi keçirilən bu mötəbər elmi tədbir sonra Naxçıvan Dövlət Universitetinin fakültələrində bölmələr şəklində öz işini davam etdirdi. Plenar iclasda NASCO-29-un ökəmizin ayrılmaz tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının cari, orta və uzunmüddətli gələcək üzrə perspektivləri üçün olduqca faydalı elmi nəticələrin, qənaətlərin və yanaşmaların əldə olunacağına əminlik ifadə edildi.
Məruzələrin onlayn və əyani platformalar üzrə reallaşdığı bölmələrdə elmimizin müasir tələblərinə, onların yeni və gələcək çağırışlar üzrə aktuallaşan önəminə diqqət çəkildi. Bu sahədə dövlət siyasətinin yaratmış olduğu əlverişliliyin, tənzimləmələrin və əlçatanlıqların əhəmiyətinə toxunuldu. Məhz bu mənada bölmələr də kifayət qədər yüksək yenilikli, mühüm əhəmiyyətə malik olan məruzələrlə davam etdi və mühüm nəticələrlə yadda qaldı. Bu, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus müəllimin dövlətimizin gündəlik qayğı və diqqətindən aldığı güclə reallaşdırmış oldğu növbəti böyük nailiyyət olaraq tarixə düşmüş olacaq. NASCO-29, Elbrus İsayevin rəhbərliyi ilə reallaşmış olan çoxsaylı mühüm elmi tədbirlərin biri olaraq, Naxçıvan Dövlət Universitetinin milli elmimizə və təhsilimizə vermiş olduğu töhvələrin əhatəsini daha da şaxələndirmiş oldu.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru