03 noyabr 2026 20:49
122

Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq

Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də qaz təchizatı müvəqqəti dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq" , - məlumatda bildirilib.