09 noyabr 2026 14:27
177

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqazda vəziyyət yaxşılaşır və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi öz nəticəsini verir.

“İki sahil” xəbər verir ki, Şoyqu bu açıqlamanı MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşündə verib.

Şoyqu nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini qeyd edib. O, bu məsələ ilə bağlı artıq üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə edildiyini xatırladıb.

“Eyni zamanda, bütün logistika layihələri iqtisadi cəhətdən əsaslandırılmalı və səmərəli olmalıdır”, -deyə Şoyqu qeyd edib.

MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşü Moskvada keçirilir. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edir. İştirakçılar MDB-də təhlükəsizlik çağırışları və təhdidləri, eləcə də mümkün birgə cavab tədbirlərini müzakirə edəcəklər.