09 noyabr 2026 15:09
186

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Rusiya ordusu noyabrın 9-u səhər saatlarında Ukraynanın Odessa şəhərinə hava zərbələri endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Odessadakı infrastruktur obyektinə hücumu nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.

O əlavə edib ki, yaralı şəxsin vəziyyəti ağırdır.