15 noyabr 2026 17:16
183

Ordubadda yasa gedərkən qəzaya düşən şəxslərin adları məlum olub -  YENİLƏNİB

Ordubadda mikroavtobus aşması nəticəsində xəsarət alanların adları açıqlanıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-cı il Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı, 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı, 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı, 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı, 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qızı, 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızı xəsarət alıblar.

İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər. Hazırda xəsarət alanların müayinələri davam etdirilir.

***

Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var.

Hadisə rayonun Dırnıs kəndində baş verib. Hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

AZƏRTAC