Cari ilin ilk 9 ayı ərzində təsdiqlənmiş dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət olunub.
“İki sahil” xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, bəhs olunan dövrdə ümumi qənaət faizi 13,7 faiz təşkil edib. Ümumi qənaət faizi müsabiqə üzrə təsdiqlənmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir.
Qeyd olunan qənaət göstəricisi dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişlənməsi və satınalma predmetləri üzrə daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyət daşıyır.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib