Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq İri Şəhərlərin Su Təchizatı tərəfindən intensiv şəkildə davam etdirilir. Plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.
Məlumata əsasən, məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib