30 noyabr – 5 dekabr tarixlərində Bakı şəhərindən olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.
Proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil ediləcək. İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul olunacaq. Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.
Qeydiyyat üçün son tarix: 26 noyabr
Məkan: Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128
Əlaqə: +994 10 236 29 42