27 noyabr 2026 10:27
121

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna yeni anlayışlar əlavə edilir

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna bir sıra yeni anlayışlar əlavə edilir və həmçinin bir sıra anlayışlar dəqiqləşdirilir.

“İki sahil” xəbər verir ki, qanun layihəsi Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyasının tələblərindən, eləcə də ətraf mühitə dair qanunvericiliyin tətbiqi təcrübəsində ortaya çıxan məsələlərin tənzimlənməsi zərurətindən irəli gələrək hazırlanıb.

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanundan irəli gələrək Su Məcəlləsində, Meşə Məcəlləsində və daha on iki qanunda dəyişikliklər edilir.