Samuxda qadınlar arasında mübahisə qanla bitib.
“İki sahil” xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Samux rayonunun Qarabağlar kəndində 1993-cü il təvəllüdlü Aysel Qurbanova mübahisə zəminində kəsici-deşici alətlə xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun tanışı 1998-ci il təvəllüdlü P.Tağıyevadır. Hadisənin tərəflər arasında qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.