Türkiyə ərazisi Kürd Fəhlə Partiyasının (PKK) Suriya qolu olan PYD tərəfindən atəşə məruz qalıb. Buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri PYD-nin mövqelərini toplardan atəşə tutub.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu yaranmış vəziyyətlə bağlı televiziya vasitəsilə ətraflı məlumat verib. Baş nazir bildirib ki, PYD terror təşkilatıdır və onun kürd xalqına heç bir aidiyyəti yoxdur.