İranın Hərbi Dəniz Qüvvələri “Vilayət-95” adlı genişmiqyaslı təlimlərə başlayıb.
Təlimlər Əmman dənizi, Hörmuz boğazı və Hind okeanında keçiriləcək. Təlimlərə sualtı gəmilərlə yanaşı, İranın Hava Hücumundan Müdafiə Qüvvələri də qatılıb.
Hərbi Dəniz Qüvvələrinin komandanı general Həbibullah Səyyari mətbuat nümayəndələrinə bildirib ki, təlimlərin məqsədi hərbi dəniz qüvvələrinin müdafiə qabiliyyətini yoxlamaqdır.
H. Səyyari qeyd edib ki, bu təlimlərlə İran heç bir dövləti təhdid etmək fikrində deyil. Əksinə, İran region dövlətlərinə sülh təklif edir və bölgənin kənar müdaxilələrdən birgə qorumaq niyyətini bildirir.
Təlimlər bir həftə davam edəcək.