02 mart 2017 22:42
318

Ermənistana məxsus taktiki PUA məhv edilib

Martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

"İki sahil" xəbər verir  ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məhərrəm Ağalaroğlu