31 mart 2017 19:13
395

MN: Buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin  Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitirən dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edilib.

Məhərrəm Ağalaroğlu