14 aprel 2017 20:28
372

Erməni zabit KTMT-nin baş katibi təyin edilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib təyin olunub.

Publika.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, baş katib postuna Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov təyin edilib.

KTMT-nin baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib ki, Xaçaturov vəzifə səlahiyyətlərini mayın 2-dən icra etməyə başlayacaq.

“KTMT-nin baş katib vəzifəsinə təyinat təşkilata üzv dövlətlərin rəhbərlərinin bu gün Bişkekdə keçirilən iclasında reallaşıb”, - deyə o bildirib.